Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda silsilə tədbirlər keçiriləcək.....

Aprelin 22-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyevanın TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının deputatları ilə görüşü, eləcə də 23 aprel - Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının birliyi" adlı tədbir keçiriləcək və azərbaycanlı rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi açılacaq.

<Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda silsilə tədbirlər keçiriləcək.....

AZƏRTAC xəbər verir ki, tədbir Fond ilə təşkilatın üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi və gənc nəsli türk dünyasının maddi-mədəni dəyərləri ilə tanış edilməsi məqsədilə təşkil olunacaq.

Mərasimdə türk ölkələrini təmsil edən uşaqlar tərəfindən türk dünyasının həmrəyliyini ifadə edən mahnılar oxunacaq, rəqslər nümayiş ediləcək, şeirlər söyləniləcək.