Beynəlxalq müşahidəçi: Seçkilər yüksək səviyyədə keçir

Biz Dağıstandan gəlmişik. Mən Dağıstan Respublikasının Parlamentini beynəlxalq müşahidəçi qismində təmsil edirəm. Bu gün biz Xaçmazda, 57 saylı seçki dairəsindəyik. Seçki yaxşı keçir.

<Beynəlxalq müşahidəçi: Seçkilər yüksək səviyyədə keçir

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xaçmaz şəhərində seçkiləri izləyən beynəlxalq müşahidəçi Musafəndi Vəlimuradov söyləyib.

“Burada bütün partiyalardan müşahidəçilər var. Namizədliyi irəli sürülən şəxslərin nümayəndələri var. Heç bir pozuntu müşahidə edilməyib”, - deyən beynəlxalq müşahidəçi bildirib ki, onlar başqa məntəqələrdə də olublar: “Hər şey çox yaxşı təşkil edilib. Deyə bilərəm ki, seçkilər yüksək səviyyədə keçir. Gün ərzində başqa məntəqələrdə də olacağıq. Hər hansı bir pozuntu olsa, onları qeydə alacağıq”.