Əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Fidan Hüseynova dahi Azərbaycan şairi Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında "Əbədiyaşarlığın ünvanı-Hüseyn Cavid" adlı videoçarx hazırlayıb.

<Əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Hüseyn Cavid yaradıcılığından söhbət açılıb

“Çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən qüdrətli söz ustası Hüseyn Cavid öz yaradıcılığı, dərin hikmətli poeziyası, təkrarsız əsərləri milli şüurun intibahına xidmət edib. H.Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biri olub. Onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. H.Cavid yaradıcılığı janr və forma cəhətdən olduqca zəngindir. İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarışlarına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid poeziyasının başlıca məzmununu təyin edir. Onun "Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə" şeiri gənclərin pedaqoji prinsipə əsaslanan vətənpərvərlik tərbiyəsinə xidmətin bariz nümunəsidir. 1937-ci il repressiyalarının qurbanı olan böyük mütəfəkkirin anadan olmasının 100 illiyi ilə bağlı hazırlıqların getdiyi dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə məzarının Sibirdə tapılıb nəşinin Azərbaycana gətirilməsi, təsadüfi deyil ki, bir çox dünya tarixçiləri tərəfindən ölkədəki müstəqillik arzularının və milli azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilib”, - deyə videoçarxda bildirilib.