Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert təşkil edib.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə birlikdə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert təşkil edib.

<Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert təşkil edib.....

İdarədən AZƏRTAC-a bildirilib ki, Dövlət Himni ilə başlanan proqramda ulu öndər Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konsertin aparıcısı Zaur Nəbioğlu Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayaraq, Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. Müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanan Silahlı Qüvvələrimizin gücü, qüvvəsi və rəşadətini xüsusilə vurğulayıb. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində əks-hücum əməliyyatı ilə torpaqlarımızı yadelli işğalçılardan azad etməsini və müstəqil dövlətimizin ərazi bütövlüyünü bərpa etməsini bu əlamətdar günə ən böyük ərməğan olduğunu və bizi 30 ilə yaxın davam edən nisgildən qurtardığını qeyd edib.

Tədbir Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib. Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra müxtəlif istiqamətlərdə inkişafı, ümummilli lider Heydər Əliyevin ölkəmizin dünya birliyində tanınması və iqtisadi inkişafında təkrarsız rolu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin həyatımızın müxtəlif sahələrinə təsiri videotəqdimatda öz əksini tapıb.

Konsert populyar müğənnilərdən – Əməkdar artist Nigar Şabanova, Şəbnəm Qəhrəmanova, Əbdül Xalid, Cəvahir Abdulova, Vüsal Hacıyev, Rüfət Axundovun vətənpərvərlik ruhlu nəğmələri, rəqqasə Fatimə Fətəliyevanın təqdimatında milli rəqs nömrələri ilə davam edib.