Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentini Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.....

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

<Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentini Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.....

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.