Azərbaycan XİN başçısı Türkiyəni təbrik edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.

<Azərbaycan XİN başçısı Türkiyəni təbrik edib

AZƏRTAC xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.

“Qardaş Türkiyənin Cümhuriyyət Gününü təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi gündən-günə güclənəcək, ölkələrimizin tərəqqisinə və rifahına xidmət edəcək. Cümhuriyyət Gününüz kutlu olsun!”, - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.