“Azeri Light” nefti 76,5 dolları ötüb.....

Azərbaycan neftinin qiyməti bahalaşıb.

<“Azeri Light” nefti 76,5 dolları ötüb.....

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,6 dollar artaraq 76,73 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.