Asteroidin səthində ilk dəfə su molekulları aşkarlanıb

İlk dəfə olaraq asteroidin səthində su molekulları aşkar edilib və bu, günəş sistemində suyun paylanması ilə bağlı yeni ipuclarını ortaya qoyub.

<Asteroidin səthində ilk dəfə su molekulları aşkarlanıb

AZƏRTAC Space.com saytına istinadla xəbər verir ki, elm adamları NASA və Almaniyanın Aerokosmik Mərkəzi tərəfindən idarə olunan teleskopla təchiz edilmiş Stratosfer Rəsədxanasının məlumatlarını əsas götürərək silikatla zəngin dörd səma cismi üzərində tədqiqat aparıblar.

Rəsədxananın infraqırmızı kamera aparatı ilə aparılan müşahidələr göstərib ki, İris və Massalia adlı asteroidlərin səthində su molekullarının olduğunu göstərən xüsusi işıq dalğası var.

“Bu cisimlər planetlərin yaranma prosesinin qalıqlarıdır. Suyun asteroidlər üzərində paylanması xüsusi maraq doğurur, bu tədqiqatla biz suyun Yerə necə düşdüyünə aydınlıq gətirə biləcəyik”, - deyə San Antoniodakı Cənub-Qərb Tədqiqat İnstitutunun mütəxəssisi və tədqiqatın müəllifi Anikia Arredondo bildirib.