Ankarada Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir təşkil olunacaq.....

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 9-da Türkiyənin Ankara və Karaman şəhərlərinə səfər edəcək.

<Ankarada Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir təşkil olunacaq.....

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Ankarada ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Milli Məclisin deputatı Karaman şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 7-ci iclasında və “TÜRKPA üzvü olan dövlətlərdə pandemiya ilə mübarizə” mövzusunda seminarda iştirak edəcək.

Komissiyanın 7-ci iclasında komissiyanın sədri Əhliman Əmiraslanovun “TÜRKPA üzvü olan ölkələrdə səhiyyə sistemlərinin uyğunlaşdırılması”na dair tövsiyə qərarının layihəsi barədə məruzəsi nəzərdə tutulub. Seminarın sessiyalarında isə qurumun üzvü olan dövlətlərdə pandemiya ilə bağlı mövcud vəziyyət və bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 14-də başa çatacaq.