Ankarada Qazaxıstanın dövlət müstəqilliyinin otuz illiyi münasibətilə rəsmi qəbul keçirilib.....

Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində rəsmi qəbul keçirilib.

<Ankarada Qazaxıstanın dövlət müstəqilliyinin otuz illiyi münasibətilə rəsmi qəbul keçirilib.....


AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Türkiyədəki səfirliyinin təşkil etdiyi qəbulda rəsmi şəxslər, deputatlar, paytaxt Ankarada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, eləcə də səfirlər, türk dünyasının görkəmli simaları iştirak ediblər.
Mərasim Qazaxıstan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly, Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın çıxışları olub.
Çıxışlarda qardaş Qazaxıstanın dövlət müstəqilliyi dövründə qazandığı nailiyyətlərə, Qazaxıstan-Türkiyə münasibətlərinin inkişaf dinamikası, eləcə də Qazaxıstanın türk dünyasının birliyi və həmrəyliyi istiqamətindən göstərdiyi səylərə toxunulub.
Mərasim keçirilən salonun nəhəng ekranında Qazaxıstanın tarixini, zəngin mədəniyyətini, zərif incəsənət nümunələrini, iqtisadiyyatı və əsrarəngiz təbiətini, dəyərlərini əks etdirən videoçarxlar nümayiş olunub. 
Rəsmi hissədən sonra mərasim zəngin musiqili proqramla davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara