Ankarada Əhməd Cavad küçəsinin açılışı olub.....

Türkiyənin paytaxtı Ankara şəhərində poeziya dünyamızın nadir simalarından biri, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim, Dövlət Himnimizin sözlərinin müəllifi Əhməd Cavadın adına küçənin açılışı olub.

<Ankarada Əhməd Cavad küçəsinin açılışı olub.....

AZƏRTAC xəbər verir ki, küçəyə Əhməd Cavadın adının verilməsi istedadlı şairimizin anadan olmasının 130 illiyi ilə bağlı qardaş ölkədə keçirilən tədbirlər çərçivəsində xalqımızın böyük oğlunun adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilib.

Bu münasibətlə Əhməd Cavad küçəsinin açılışından sonra Ankaranın Etimesgut rayonunda şairin şirlər kitabının təqdimatı olub, həyatına və yaradıcılığına həsr olunan panel təşkil edilib.

Etimesgut rayon bələdiyyəsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Türkiyədəki səfirliyi və Türk Tarix Muzeyi və Parkı tərəfindən birgə təşkil olunan tədbirlərdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara