Alberto Priyeqo Moreno: Hər bir minalama aktı mülki əhalini hədəfə aldığı üçün mühakimə olunmalıdır.....

Hər bir minalama aktı mülki əhalini hədəfə aldığına görə mühakimə olunmalıdır.

<Alberto Priyeqo Moreno: Hər bir minalama aktı mülki əhalini hədəfə aldığı üçün mühakimə olunmalıdır.....

Bu barədə politoloq, İspaniya Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Professorları Assosiasiyasının (AEPDIRI) üzvü, Papa Universitetinin beynəlxalq münasibətlər müəllimi Komilyas Alberto Priyeqo Moreno AZƏRTAC-a müsahibəsində deyib.

A. Priyego söyləyib: “Piyada əleyhinə minalar bir fəlakətdir. Təəssüf ki, münaqişədən sonrakı dövrdə ərazilərin minalanması, xüsusən də Azərbaycan və ermənistan arasındakı hərbi münaqişənin son həllini nəzərə alsaq, adi bir hadisədir. Hesab edirəm ki, bu ərazilərin demilitarizasiyası və hər şeydən əvvəl minalardan təmizlənməsi beynəlxalq təşkilatların, məsələn BMT-nin nəzarəti altında həyata keçirilə bilər".

Alberto Priyeqo Moreno uzun illərdən sonra erməni işğalına son qoyulduğunu qeyd edərək deyib: “Hesab edirəm ki, Azərbaycan, ordusunu modernləşdirərək, enerji ehtiyatlarından səmərəli istifadə edib. Beynəlxalq sazişlər də kömək edib. Azərbaycan haqqında çoxlarının danışdığına səbəb olan xalq diplomatiyasını da unutmaq olmaz. Diqqətinizi çəkmək istədiyim digər bir aspekt də, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən azad edilmiş ərazilərin bərpasıdır. Yeni infrastruktur və xüsusilə yenidən məskunlaşma Qələbəni sosial bir fakt kimi qeyd edəcəkdir. Məcburi köçkünlər evlərinə qayıda bilərlər. Bu həm qaçqınlar, həm də Şuşa kimi rəmzi bir şəhəri və digər azad edilmiş yaşayış məntəqələri yenidən görə bilən bütün ölkə vətəndaşlarının mənəvi ruhu üçün yaxşıdır”.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid