Ağgöl və Şirvan Milli parklarının yaradılması günü ilə əlaqədar müxtəlif əyləncəli və rəngarəng tədbirlər həyata keçirilib.....

Ağgöl və Şirvan Milli parklarının yaradılması günü ilə əlaqədar hər iki milli parkda müxtəlif əyləncəli və rəngarəng tədbirlər həyata keçirilib.

<Ağgöl və Şirvan Milli parklarının yaradılması günü ilə əlaqədar müxtəlif əyləncəli və rəngarəng tədbirlər həyata keçirilib.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağgöl milli parkını ziyarət edən turistlər göldə qayıqla səyahət edərək quşları və ceyranları müşahidə edib. Milli parkla tanış olmağa gələn azyaşlı uşaqlar isə açıq havada onlar üçün yaradılmış guşədə təbiət rəsmləri çəkiblər.

Şirvan Milli Parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari tur və atla gəzinti təşkil edilib, eyni zamanda, dulusçuluq sənəti nümunələrinin, yerli xalçaların nümayişi həyata keçirilib.

Xatırladaq ki, Ağgöl və Şirvan Milli parkları 2003-cü il iyulun 5-də su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.