Ağdam rayonu ərazisində partlamamış döyüş sursatları aşkar edilib

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.

TÜRK-AZ HABER MERKEZİ

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən müsadirə edilib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.