Qərbi Zəngəzur əraziləri oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir.....

Qərbi Zəngəzur əraziləri oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir.

<Qərbi Zəngəzur əraziləri oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir.....

AZƏRTAC xəbər verir ki, bunu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov söyləyib.

O bildirib ki, “Ermənistanda azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi dövlət siyasətinin tərkib hissəsidir” layihəsi çərçivəsində Qərbi Zəngəzurun Gorus rayonunda 55, Mehri rayonunda 40, Qafan rayonunda 57 və Qarakilsə rayonunda 43 olmaqla ümumilikdə 195 tarix və mədəniyyət abidəsi tərəfimizdən aşkar edilib. 195 tarix və mədəniyyət abidəsinin Gorus rayonu üzrə 293, Mehri rayonu üzrə 327, Qafan rayonu üzrə 60, Qarakilsə rayonu üzrə 349 olmaqla ümumilikdə 1029 fotoşəkili və digər məlumatları əldə olunub.