Antropoloq: Ağdamda tapılan kütləvi məzarlıqda azı 4 insanın qalıqları aşkar olunub.....

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində avtomobil yolunun kənarında aşkarlanan kütləvi məzarlıqda azı 4 insanın qalıqları aşkar olunub.

<Antropoloq: Ağdamda tapılan kütləvi məzarlıqda azı 4 insanın qalıqları aşkar olunub.....

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, antropoloq Vüsal Həsənov deyib.

O bildirib ki, 50 kvadratmetr ərazidə dərinləşdirmə işləri aparılıb, təxminən 40-50 santımetr dərinlikdə 3 fərqli nöqtədə insan qalıqları aşkar olunub: “Bir nöqtədə ən azı 2, digər nöqtələrdə isə hər birində 1 nəfər olmaqla, azı 4 insan qalığı aşkara çıxarıldı. Dəfn əlamətləri yoxdur. İnsanlar öldürüldükdən sonra yol kənarındakı çökək əraziyə atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen təsirdən, ya da heyvanlar tərəfindən anatomik ardıcıllıq pozulub. Sümüklər natamamdır, bəzi hissələri aşkar olunmayıb”.