Zeytun yağından istifadə bütün səbəblərdən ölüm riskini azaldır.....

Zeytun yağından müntəzəm istifadə ürək-damar xəstəlikləri və xərçəng xəstəliyi də daxil olmaqla, bütün səbəblərdən ölüm riskini azaltmağa kömək edir.

<Zeytun yağından istifadə bütün səbəblərdən ölüm riskini azaldır.....

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın Migel Hernandez Universitetinin mütəxəssisləri apardıqları tədqiqatlardan sonra belə nəticəyə gəliblər.

Universitetin saytında dərc edilən məqalədə qeyd olunur ki, mütəxəssislər 18 il ərzində 1500-dən çox iştirakçının pəhrizini və həyat tərzini təhlil ediblər. Nəticədə zeytun yağından müntəzəm istifadənin ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla, bütün səbəblərdən ölüm riskini azaltdığı məlum olub. “Gün ərzində iki və ya daha çox xörək qaşığı zeytun yağı istifadə etmək tövsiyə olunur”, - deyə tədqiqat müəllifləri bildirib.

“On səkkiz illik müşahidələr nəticəsində məlum olub ki, gündə iki və ya daha çox xörək qaşığı zeytun yağından müntəzəm istifadə ümumi ölüm riskini 31 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini 46 faiz, xərçəng xəstəliyindən ölüm riskini isə 51 faiz azalır”, - deyə ekspertlər vurğulayıb.