Son sutkada koronavirus əleyhinə 27 min dozaya yaxın peyvənd vurulub.....

Yanvarın 20-də Azərbaycanda 26 min 784 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

<Son sutkada koronavirus əleyhinə 27 min dozaya yaxın peyvənd vurulub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 651, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 514 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 756 min 566, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 208 min 739, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 723 min 586 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 824 min 241 nəfər təşkil edir.