Son sutkada koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 131 nəfər müalicə olunaraq sağalıb, 10 min 103 nəfər vəfat edib. Aktiv xəstə sayı 124 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 579, bu günə qədər isə ümumilikdə 7 milyon 514 min 447 test icra olunub.