Son sutkada Koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada Koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 627 nəfər müalicə olunaraq sağalıb, 9 min 968 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1983, bu günə qədər isə ümumilikdə 7 milyon 351 min 681 test icra olunub.