Son sutkada koronavirus infeksiyasına 20 nəfər yoluxub.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 20 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 20 nəfər yoluxub.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 238 nəfər müalicə olunaraq sağalıb, 10 min 117 nəfər vəfat edib. Aktiv xəstə sayı 157 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 991, bu günə qədər isə ümumilikdə 7 milyon 522 min 178 test icra olunub.