Son sutkada koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb.....

Son sutkada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

<Son sutkada koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 778 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 17 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 48 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 948, bu günə qədər isə ümumilikdə 6 milyon 898 min 425 test icra olunub.