Sinoptiklərdən xəbərdarlıq: Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq.....

Sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 25-28, sentyabrın 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 metrədək güclənəcəyi gözlənilir.

<Sinoptiklərdən xəbərdarlıq: Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10°-dək enəcəyi, sentyabrın 24-də 23-25°, 25-də isə 20-22° isti olacağı ehtimal edilir.

Bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, sentyabrın 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, sentyabrın 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/ saniyə olacaq, bəzi yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12° enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.