Sentyabrda havanın orta aylıq temperaturu bəzi yerlərdə normadan bir qədər yüksək olacaq.....

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

<Sentyabrda havanın orta aylıq temperaturu bəzi yerlərdə normadan bir qədər yüksək olacaq.....

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturu gecələr 19-23°, gündüzlər 25-30°, bəzi günlərdə 33° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, (norma 12-23 millimetr) bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 23-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturu gecələr 17-22°, gündüzlər 25-30°, bəzi günlərdə 34-38° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 millimetr) olacağı gözlənilir.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 15-17° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 18-23°, bəzi günlərdə 26° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-50 millimetr) olacaq.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 21-23° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 33-36° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 17-44 millimetr) bir qədər normadan çox olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 18-22° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, bəzi günlərdə 9-13°, gündüzlər 20-25°, bəzi günlərdə 30-35° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-120 millimetr) olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 22-24° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 34-38° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-38 millimetr) olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 20-24° isti olacaq. Bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, dağlarda 10-15°, gündüzlər 23-28°, bəzi günlərdə 30-33° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 50-199 millimetr) olacaq.