Sabah hava əsasən yağmursuz keçəcək.....

Azərbaycanda dekabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah hava əsasən yağmursuz keçəcək.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 9-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.