Sabah Bakının bəzi yerlərində yağıntı olacağı ehtimalı var.....

Azərbaycanda dekabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah Bakının bəzi yerlərində yağıntı olacağı ehtimalı var.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.