Rusiya sülhməramlıları etiraz aksiyası keçirilən yerin yaxınlığında yaşayış konteynerləri quraşdırıblar.....

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının ikinci günündə sülhməramlılar Xankəndiyə gedən yol tərəfdə iki ədəd yaşayış konteyneri quraşdırıblar.

<Rusiya sülhməramlıları etiraz aksiyası keçirilən yerin yaxınlığında yaşayış konteynerləri quraşdırıblar.....

AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, konteynerlər etirazçılardan təqribən 30 metr məsafədə quraşdırılıb.

Qeyd edək ki, ölkənin müxtəlif regionlarından olan fəallar da bu aksiyaya qoşulur. Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir.