Paytaxtda cənub-qərb küləyinin sürətinin arabir saniyədə 20 metrədək güclənəcəyi gözlənilir

Fevralın 8-dən 9-dək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecə və axşam arabir 20 metrədək güclənəcəyi gözlənilir.

<Paytaxtda cənub-qərb küləyinin sürətinin arabir saniyədə 20 metrədək güclənəcəyi gözlənilir

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-dən 9-u səhərədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda sürətinin arabir 18-23 metrədək güclənəcəyi proqnozlaşdırılır.