“Neftçi” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.....

Azərbaycan Premyer Liqasında III turun ikinci oyun gününün bütün təyinatları açıqlanıb.

<“Neftçi” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.....



Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, sabah keçiriləcək matçların hakimləri bəlli olub.

“Neftçi” və “Qarabağ” arasında Azərbaycan derbisinin ədalət təmsilçiləri də müəyyənləşib. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası
III tur
12 sentyabr
18:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”

20:30. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”