Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq qurultayda məruzə ediblər.....

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “XVII Beynəlxalq Türk Dili Konqresi”nin qurultayında onlayn şəkildə iştirak ediblər.

<Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq qurultayda məruzə ediblər.....

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, onlayn konqres türk dilinin zənginliyini üzə çıxarmaq, onu dünya dilləri arasında layiqi səviyyəyə qaldırmaq, türk dilinin tarixi inkişaf mərhələlərini və əldə etdiyi yeni nailiyyətləri müzakirə etmək məqsədilə keçirilib. Qurultayda Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri Aygül Hacıyeva “Kitabi-Dədə Qorqud dastanlarında qəhrəman qadın anlayışı”, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, dosent Lamiyə Rəhimova “XVII-XVIII əsrlərdə Azərbaycan və türk ədəbiyyatlarının dil və üslub baxımından bəzi özəllikləri”, böyük elmi işçi Aysel Acalova “Cavad Heyətin türkologiyaya dair əsərləri”, elmi işçi Şəhla Xəlilli isə “Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si adlı əlyazma nüsxəsində yer adları” mövzusunda məruzələrlə çıxış edib və beynəlxalq sertifikata layiq görülüblər.