İyunun ikinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 1-3 ºC yüksək olub.....

Respublikanın əksər bölgələrində iyun ayının ikinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 1-3 ºC yüksək olması və nisbətən yağıntılı hava şəraiti ilə səciyyələnib.

<İyunun ikinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 1-3 ºC yüksək olub.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 24,1º, Naxçıvanda 25,1º, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 25-27º, Lənkəran-Astarada 21-26º, Gəncə-Daşkəsəndə 24-25º, Dağlıq Şirvan bölgəsində və Qubada 21-22º, Şəki-Zaqatalada 21-24º, Qazax-Tovuzda 16-24º təşkil edib.

Havanın minimum temperaturu Gədəbəy və Mərəzədə 11-12º, Quba, Şamaxı və İsmayıllıda 14º, Naxçıvan, Acınohurda 15º, Gəncə, Tovuz , Şəki və Lənkəranda 16º, Maştağa, Zaqatala, Cəfərxan və Qazaxda 17º, Mərkəzi Aran, Bərdə və Ceyrançöldə 18º olub.

Torpaq səthinin minimum temperaturu Zaqatala və Naxçıvanda 14º, Şəki, Tovuz və Ceyrançöldə 15º, Gəncə, Göyçay və Maştağada 16º, Cəfərxanda 17º qeydə alınıb.