İsveçrənin “Bazel” klubu Bakıya yola düşüb.....

İsveçrənin “Bazel” klubu “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turunun oyunu üçün Bakıya yola düşüb.

<İsveçrənin “Bazel” klubu Bakıya yola düşüb.....

AZƏRTAC xəbər verir ki, komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq. Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.