İnternetin sürətinə mənfi təsir edən amillər.....

İnternetin sürətinə mənfi təsir edən bir sıra amillər mövcuddur.

<İnternetin sürətinə mənfi təsir edən amillər.....


AZƏRTAC “Aztelekom” MMC-yə istinadla xəbər verir ki, sürətin zəifləməsinə və ya internet verilişinin tamamilə kəsilməsinə modem qurğusundakı, abunəçi və magistral xətt şəbəkəsi problemi, birləşdirici optik kabeldə baş verən kəsinti, transmissiya şəbəkəsində və beynəlxalq internet şəbəkəsində baş verən qəzalar kimi bir çox amillər təsir edə bilər.
Qeyd edək ki, xidmətlə bağlı hər hansı bir çətinliklə üzləşdiyiniz zaman bu problemin müəyyən olunması və həlli üçün əlaqə nömrənizi və yaşadığınız ünvanı MMC-nin sosial media hesablarına şəxsi mesaj vasitəsilə göndərə və ya “170” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.