Hipervitaminoz vitamin-mineral komplekslərinin nəzarətsiz qəbulu nəticəsində inkişaf edir.....

Sağlam yaşamaq üçün orqanizmə daim müxtəlif maddələr - zülallar, yağlar, karbohidratlar və vitaminlər daxil olmalıdır. Lakin vitaminlərin normadan artıq qəbul edilməsi orqanizmə xeyirdən çox ziyan verə bilər. Hipervitaminoz vitamin-mineral komplekslərinin nəzarətsiz qəbulu nəticəsində inkişaf edir.

<Hipervitaminoz vitamin-mineral komplekslərinin nəzarətsiz qəbulu nəticəsində inkişaf edir.....

Vitaminlərin miqdarı təyin olunmuş dozadan bir qədər artıq olmaqla uzun müddət istifadə edildikdə yaranır. Ən təhlükəli məqam isə zəhərlənmə simptomlarının müşahidə olunmasıdır.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Qidaların qəbulu həkim məsləhəti ilə edilməlidir. Ehtiyac olan maddələri ya qida əlavəsi formasında, ya da normal qidalanma rejimini təmin etməklə bərpa etmək olar”.

Mütəxəssislər vitaminləri daha çox təbii məhsullar vasitəsilə qəbul olunmasını tövsiyə edirlər. Tərkibi pektin və aşı maddələri, A. B, S vitaminləri, eləcə də mineral maddələrlə zəngin olan alma, gilas və ərik kimi meyvələr gün ərzində qəbul edildikdə insan orqanizmini lazımi miqdarda xeyirli maddələrlə təmin edir. Tədqiqatlar göstərir ki, A, B, E və K vitaminləri çox qəbul edildikdə orqanizmdə yığılır və nəzarətsiz istifadə olunduğu zaman hipervitaminoz adlanan xəstəliyə səbəb olur.

“C qrupu vitaminləri ehtiva edən qidalara əsasən sitrus meyvələri və brokkoli, kivi, çiyələk, cəfəri, ananas, kələm, noxud, yaşıl yarpaqlı tərəvəzlər və s. daxildir. B vitamininə isə tuna balığı və onun qara ciyəri, banan, quş əti, habelə bir sıra dəniz məhsulları aiddir”,-deyə həkim-terapevt bildirib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, orqanizmdə A vitamini çox olduqda şiddətli baş ağrısına, K vitamini çox qəbul edilməsi qanın laxtalanmasına, S vitaminin çoxluğu isə böyrək daşlarının formalaşmasına səbəb olur. Ona görə də hər bir xeyirli maddənin zərərli cəhətləri olduğunu da unutmaq olmaz.