Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri araşdırılır.....

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarında TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova “Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri” haqqında məruzə ilə çıxış edib.

<Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri araşdırılır.....

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi problemlərindən danışıb. Onun sözlərinə görə, informasiya cəmiyyətinin inkişafı bir sıra problemlər yaradır ki, bunlardan biri də informasiya təhlükəsizliyidir. Hazırda müxtəlif növ informasiya göndərilir və onların konfidensiallığının qorunması məsələsi böyük əhəmiyyət daşıyır. İnformasiya sistemlərinin, şəbəkələrin, elektron xidmətlərin istifadəçiləri onların etibarlılığından və qorunmasından əmin olmalıdırlar. İnformasiya təhlükəsizliyinin təmin edilməsində kompleks yanaşma zəruridir. Bunun üçün texnoloji vasitələr təkmilləşdirilsə də, bu istiqamətdə qanunlar, normativ-hüquqi aktlar qəbul olunsa da, insan faktoru nəzərə alınmazsa, görülən işlərin səmərəsi olmaz.

Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.