Fevralın 7-də bəzi Bakıətrafı ərazilərdə havanın qısamüddətli yağıntılı olacağı ehtimalı var

Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Fevralın 7-də bəzi Bakıətrafı ərazilərdə havanın qısamüddətli yağıntılı olacağı ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 12-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yuxarı - 762 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı bildirilir.