“Elm” qəzetinin ulu öndər Heydər Əliyevə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb.....

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində ulu öndər Heydər Əliyevə həsr edilən xüsusi buraxılışı işıq üzü görüb.

<“Elm” qəzetinin ulu öndər Heydər Əliyevə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb.....

Akademiyadan AZƏRTAC-a bildirilib ki, qəzetdə “Milli Qurtuluş Günü zəfər təntənəsi ilə”, “Müstəqillik yollarında Heydər Əliyevdən İlham Əliyevə”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Azərbaycanı müstəqilliyə qovuşduran Ümummilli Lider”, “İlham Əliyev - Ulu Öndər yolunun davamı və sabahı”, “Ulu öndər Heydər Əliyev dühası və Azərbaycan mədəniyyətinin inkişafı”, “Ümummilli lider Heydər Əliyev – Qafqazda davamlı sülh və əməkdaşlığın inkişaf ideyalarının müəllifidir”, “Heydər Əliyev – elm və təhsilin himayədarı” sərlövhəli məqalələr yer alıb. Məqalələrdə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən söz açılır. Vurğulanır ki, bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.

Bu məqalələrdə, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi öz əksini tapıb.