Dərman vasitələrinin və ya dərman maddələrinin reyestrə daxiledilmə qaydaları müəyyənləşdirilir

Dərman vasitələrinin və ya dərman maddələrinin reyestrə daxiledilmə və imtina qaydaları müəyyənləşdirilir.

<Dərman vasitələrinin və ya dərman maddələrinin reyestrə daxiledilmə qaydaları müəyyənləşdirilir

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin martın 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, icazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının və dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 11 (on bir) iş günü müddətində derman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatını tanıyaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edir və ya imtina haqqında qərar verir. İcazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının, dərman vasitələrinin və ya dərman maddələrinin ekspertizasının nəticəsi əsasında 23 (iyirmi üç) iş günü, dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında isə 13 (on üç) iş günü müddətində dərman vasitələrinin idxalına icazəni və onun əlavəsini verir, yaxud icazənin verilməsindən imtina haqqında qərar qəbul edir.