Daniil Medvedev “US Open” turnirinin qalibi olub.....

Sentyabrın 13-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında final görüşü keçirilib.

<Daniil Medvedev “US Open” turnirinin qalibi olub.....

AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 57,7 milyon dollar olan turnirin həlledici görüşündə Serbiya tennisçisi Novak Cokoviç və rusiyalı Daniil Medvedev qarşılaşıblar. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb - 6:4, 6:4, 6:4.

Qeyd edək ki, “US Open” turnirində qadınların yarışının həlledici görüşündə İngiltərə tennisçisi Emma Radukanu və kanadalı Leyla Anni Fernandes üz-üzə gəliblər. Görüş britaniyalı idmançının qələbəsi ilə başa çatıb - 6:4, 6:3.