Cüdoçularımız Avropa birinciliyində mübarizəyə başlayırlar.....

Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürür.

<Cüdoçularımız Avropa birinciliyində mübarizəyə başlayırlar.....

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edəcək.

Belə ki, oğlanlar arasında yarışlarda Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) güclərini sınayacaqlar. Qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq) mübarizə aparacaqlar.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya isə məşqçi Elnur İsmayılov rəhbərlik edəcəklər.

Qeyd edək ki, ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.