Bu gün koronavirus infeksiyasına 359 yoluxma faktı qeydə alınıb.....

Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 359 yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

<Bu gün koronavirus infeksiyasına 359 yoluxma faktı qeydə alınıb.....

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 626 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 min 777 nəfər müalicə olunaraq sağalıb, 8 min 529 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 779 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 261, bu günə qədər isə ümumilikdə 6 milyon 10 min 761 test icra olunub.