BQXK-yə məxsus 6 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

<BQXK-yə məxsus 6 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil ərazidən maneəsiz keçib.

Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Qarabağda ekologiyanın çirkləndirilməsinə qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 41 gündür davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin