Biotibbi texnika mühəndisliyi üzrə tədqiqat işləri müzakirə edilib.....

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının növbəti onlayn iclası keçirilib.

<Biotibbi texnika mühəndisliyi üzrə tədqiqat işləri müzakirə edilib.....

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda biotibbi texnika mühəndisliyi ixtisası üzrə magistr dissertasiyalarının ilkin müdafiəsi keçirilib. Kafedra müdiri, professor Eldar Qocayev magistr dissertasiyalarının ümumi hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bildirib. Magistrantlar tərəfindən aparılan elmi-tədqiqat işləri və onların nəticələri də kafedra əməkdaşlarının diqqətinə çatdırılıb.

Müzakirələrdən sonra dissertasiya işlərinin hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müdafiəyə buraxılması ilə bağlı qərar verilib.