Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.....

Azərbaycanda dekabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyinin gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.