Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.....*

Azərbaycanda noyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.....*

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13°, gündüz 15-18° isti, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 5-9° isti olacaq.