Azərbaycan neftinin tarixinə dair yeni monoqrafiya nəşr olunub.....

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun “Hədəf – Bakı: “qara qızıl” uğrunda mübarizə. 1917-1922” monoqrafiyası nəşr olunub.

<Azərbaycan neftinin tarixinə dair yeni monoqrafiya nəşr olunub.....

Muzeydən AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada XX əsrin ilk rübündə Bakı nefti uğrunda gedən beynəlxalq mübarizə, xarici dövlətlərin maraqları, Bakı neft sənayesinin iqtisadi və sosial problemləri araşdırılır.

Eyni zamanda, zəngin arxiv materiallarına istinad edilməklə 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi, region uğrunda hərbi-siyasi rəqabət və onun Bakı nefti uğrunda mübarizə ilə əlaqəsi, 1920-ci il aprel işğalından sonra neft sənayesində vəziyyət, Bakı neft rayonunda konsessiya siyasəti və digər məsələlər ətraflı işıqlandırılıb.

Monoqrafiya tarixçilər, politoloqlar, beynəlxalq münasibətlər sahəsində mütəxəssislər üçün nəzərdə tutulub.