“Ayaks”ın hücumçusu Sebastian Aller Marko van Bastenin rekordunu təkrarlayıb.....

Niderlandın “Ayaks” klubunun hücumçusu Sebastian Aller UEFA Çempionlar Liqasında ilk oyununda dörd qol vurub.

<“Ayaks”ın hücumçusu Sebastian Aller Marko van Bastenin rekordunu təkrarlayıb.....

AZƏRTAC xəbər verir ki, turnirin birinci turunda Portuqaliyanın “Sportinq” klubu (5:1) ilə oyunda poker edən S.Aller “Milan”ın sabiq futbolçusu Marko van Bastenin rekordunu təkrarlayıb. Marko van Basten 1992-ci ildə “Höteburq” klubunun qapısından dörd top keçirib.

“Ayaks” klubu S.Alleri 2021-ci ilin yanvarında “Vest Hem”dən heyətinə cəlb edib. Amsterdam təmsilçisi transferə görə klub üçün rekord qiymət – 22,5 milyon avro ödəyib.