Allah Təalanı bilən əşyanın həqiqətini də bilər.....

Elm, Allah Təalanın “Alim” olması yönü ilə Onun böyük sifətlərindən biridir. Alimlik sifəti eyni zamanda peyğəmbərlərin də sifətlərindəndir. Elm, əşyanın maddi və mənəvi həqiqətinin qavranmasıdır.

Allah Təalanı bilən əşyanın həqiqətini də bilər.....
Doc.FƏRİD EYVAZOV

Allah Təalanı bilən əşyanın həqiqətini də bilər.....

Yəni, Allah Təalanın yaratmış olduğu məxluqatının istər maddi, istərsə də mənəvi aləmdə həqiqətlərinin (bizə görə gizli və açıq olan tərəflərinin) bütövlükdə bilinməsidir. Bu baxımdan Qurani-Kərimdə Allah Təalanın alimlik sifətinə çox yer verilir: “… Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. …” (Bəqərə-77; Hud-5; Nəhl-23; Nəml-74; Qasas-69; Yasin-76)

Allah Təalanın bilmədiyi heç bir şey yoxdur. Ona görə də alimlik sifəti mütləq şəkildə Allaha məxsusdur. İnsan isə Allaha nəzərən cahildir. Ancaq əşyadan bildiklərinə görə, yəni bildiyi qədər alimdir. Allah Təalanın zatının qarşısında insan mütləq mənada cahildir. Bu insanın əşyanı bilməsi və əşyanı tanıması baxımından da belədir…

Bundan başqa birdə Allah Təalanı bilən və tanıyan insanlar vardır ki, bunlar da alim sayılsa da, əslində bu insanlar arif insanlardır. Allahın əsmai ilahisini, əfali ilahisini, Zatı Barisini bilən insana arif deyilir. Arif insan Allah Təalanı qəlbi ilə tanıyır və eyni zamanda əşyanı da tanımış olur. Burada maraqlısı odur ki, Allahın təcəllisi ilə insan, Allahı tanıdığı nisbətdə əşyanın həqiqətini də qavrayır. Çünki, Allah Təalanı tanıyan insan Allahın əfalini, sıfatı barisini və zatını da bilir. İnsan Allahın əfalini, yəni fellərini bildiyi üçün (o təcəllilərdən mülhəm olan fellər bu kainatın varlığı olması münasibətiylə,) əşyanın həqiqətini də bilir. O baxımdan, arifi billah elə bir insandır ki, həm Haqqı, həm də xalqı bilir.

Mənbə: Prof. Dr. Haydar Baş, Yaşayan Kuran: Sünnet, s. 42