“Abituriyent” jurnalının 5-ci və 7-ci nömrələri DİM saytının “Elektron xidmətlər” bölməsinə yerləşdirilib.....

“Abituriyent” jurnalının 5-ci və 7-ci nömrələrinin elektron versiyaları (PDF formatında) Dövlət İmtahan Mərkəzinin (DİM) saytının “Elektron xidmətlər” bölməsinə yerləşdirilib

<“Abituriyent” jurnalının 5-ci və 7-ci nömrələri DİM saytının “Elektron xidmətlər” bölməsinə yerləşdirilib.....

DİM-dən AZƏRTAC-a bildirilib ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

“Abituriyent” jurnalının 7-ci nömrəsində isə ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalların elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).