“Növbəti stansiya Gənclik regionlarda” layihəsinin icrası başa çatıb

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Növbəti stansiya Gənclik regionlarda” layihəsinin icrası başa çatıb.

<“Növbəti stansiya Gənclik regionlarda” layihəsinin icrası başa çatıb

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.

“Zamanın idarə olunması”, “Komanda işi və liderlik”, “Bədən dili”, “Stresin idarə olunması”, “Müsahibə texnikaları”, “Təqdimat bacarıqları”, “Xarici dilin inkişaf etdirilməsi” və digər mövzular olmaqla ümumilikdə 9 istiqamətdə - Göyçay, İsmayıllı, Şamaxı, Lənkəran, Masallı, Yardımlı, Quba, Qusar və Xaçmaz regionlarında təlim sessiyası keçirilib.

Layihə müddətində, həmçinin müxtəlif komanda oyunları və qrup işləri keçirilib.

Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.